21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Haradadır Türkiyədəki yanğınlara göz yuman sivil Avropa?” - Elnur Allahverdiyev
“Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki yanğınlarla mübarizə kadrlarına baxanda ürəyimiz qürurla dolur. Mən təsəvvür edə bilmirəm ki, o çətin vəziyyətdə bizim əməkdaşlar qədər ürək yandıran, kömək etmək istəyən başqa kimsə ola bilər. Çünki bu yanğın bizim evimizdə baş verir. Evimiz yanır, qardaşımızın evi yanır. Onların hər biri ilə fəxr etməliyik!”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak edən azərbaycanlı yanğınsöndürənlərin işini şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda elə bir şəxs yoxdur ki, Türkiyədəki hadisələr onu kədərləndirməsin: “Bu, 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bizim birliyimizi, bütövlüyümüzü nümayiş etdirir. Bu gün ölkəmizdə Türkiyəyə yardım məqsədilə onlarla, yüzlərlə hesab açılıb. Bu iş dövlət səviyyəsində deyil, hər bir vətəndaşın ürəyindən gələn istəyin, məhəbbətin göstəricisidir. Hamı çalışır ki, qardaşına hansısa yolla kömək etsin, dəstək dursun. Fikrimcə, yaşadığımız günlər, o cümlədən ötənilki Zəfər savaşı ortaq tariximizə, türk yaddaşına yazılacaq” – deyə deputat bildirib.
E.Allahverdiyev hesab edir ki, Türkiyədəki faciədən danışarkən fəlakət prizmasından dünya birliyinin, xüsusilə də Avropa dövlətlərinin davranışına diqqət yetirmək lazımdır: “Bu gün Türkiyəyə texnika ilə, canlı qüvvə ilə hansı ölkələr yardım edir? Azərbaycan, Rusiya, Ukrayna, İran... Bu siyahının genişlənib-genişlənmədiyinə dair son məlumatlara malik deyiləm. Ancaq günlərdir davam edən yanğınlara tamaşaçı olan Qərb dövlətlərindən hansı dəstəyi görmüşük? Yazılı bəyanatlardan savayı. Erməni KİV-i və teleqram-kanalları qarğışla, şadyanalıq xəbərləri ilə dolub-daşır. Bir insan hüquqları təşkilatı bu barbarlığa fikir vermir” – deyən millət vəkilinin fikrincə, baş verənlər həm Türkiyənin, həm də Azərbaycanın ilk növbədə qonşu dövlətlərlə mehriban dostluq münasibətlərinə əsaslanan xarici siyasətinin düzgün yol olduğunu göstərir.
Türkiyədəki yanğınlar insanlıq dramı və iqtisadi zərər olmaqla yanaşı, həm də bir təbiət, doğa problemidir. E.Allahverdiyevə görə, məhv olmuş meşələrin bərpası üçün illər tələb olunacaq: “Bütün bunların fonunda biz Qərbin, Avropanın doğa təşkilatlarını, təbiəti mühafizə qurumlarını, çoxsayalı “Yaşıllar” partiyalarını görmürük. İşləri-gücləri ancaq bizi tənqid etmək olan təşkilatları yanğınlarda məhv olan ağaclar və heyvanlar sanki maraqlandırmır. İnsan hüquqlarının müdafiəçiləri yanğın bölgəsindəki insan faciəsini görməzdən gəlirlər. Haradadır Türkiyədəki yanğınlara göz yuman sivil Avropa?”