21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı fərdi layihənin tədbiri keçirilib
“İnkişaf və Rifah Naminə” İctimai Birliyi uzun illərdir fəaliyyət göstərir. İctimai birlik sosial xidmətlərin uzunmüddətli təcrübəsinə əsaslanaraq, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, cəmiyyətə adaptasiyasının gücləndirilməsi və onların rifahının inkişafı məqsədilə müntəzəm tədbirlər həyata keçirir.
Müzəffər Ali Baş Komandan, hörmətli Prezidentimiz cənab İlham Əliyev Türk Dünyasının Milli Davası olan II Qarabağ müharibəsində - Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra ölkəmizin bütün istedadlı insanlarına çağırış etdi ki, böyük zəfərimizi öz əsərlərində işıqlandırsınlar. Respublikamızın bütün gənc istedadları Prezidentimizin bu çağırışına həvəslə qoşulmuşdur.
Gənc yazar Etibar Həsənzadə məhz bu çağırışa qoşularaq özünün “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsini böyük həvəslə davam etdirir.
Bu baxımdan vətənpərvərlik mövzusunda olduğunu nəzərə alaraq ictmai birlik gənc yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır” fərdi layihəsinin növbəti tədbirini keçirdi.
Tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildi.
Tədbirdə müxtəlif Dövlət qurumları, Mədəniyyət Nazirliyi və Gənclər İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri, Vətəndaş Cəmiyyətinin nümayəndələri, İctimai birliklərin sədrləri, I və II Qarabağ müharibəsi iştirakçıları, qazilər və Azərbaycanın görkəmli sənət nümayəndələri – Respublikanın Əməkdar artistləri, aktyorlar, rejissorlar və məktəblilər iştirak etdilər.
Görüşdə çıxış edənlər gənc yazar Etibar Həsənzadənin vətənpərvərlik mövzusunda yazılan əsərlərinə böyük qiymət verdilər və “Qarabağ Azərbaycandır” layihəsinin böyük əhəmiyyətini qeyd etdilər.
Etibar Həsənzadənin “Gözlə bizi Qarabağım”, “Qarabaq Azərbaycandır”, şəhid generalımız Polad Həşimova həsr etdiyi “General gəlir”, “Şəhidlər”, “Xudayar səsi”, “Bayrağım”, “Hadrut fatehi”, ”Zəfər Paradı” və s. şeirləri aktyorların və məktəblilərin ifasında səsləndi.Onun vətənpərvərlik mövzusunda yazdığı əsərləri əsasında çəkilmiş videoçarxlar nümayiş etdirildi və bütün tədbir iştirakçılarının diqqətini çəkdi.
Etibar Həsənzadənin bu günədək qələbəmizlə, qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı silsilə şeirlərini və hekayələrini şəxsi yutub kanalında izləmək mümkündür.
Tədbirin sonunda Etibar Həsənzadə tədbirin təşkilatçısı “İnkişaf və Rifah Naminə”İctimai birliyinə və iştirakçılara təşəkkürünü bildirdi. Sonra layihədə fəal iştirak edən şəxslərə Diplomlar təqdim edildi.