19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Malik Həsənov: Hazırda Azərbaycanın əsas hədəfi regionda dayanıqlı sülhün təmin edilməsidir
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan və dünya siyasətində dəyişikliklərə yol açan Azərbaycanın hazırda əsas hədəfi regionda dayanıqlı sülhün təmin edilməsi, iqtisadi əlaqələrin qurulması, bir sözlə, tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni səhifənin açılmasıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda və 2021-ci il yanvarın 11-də keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmada da belə məqamlar öz əksini tapıb. Azərbaycan təkmil sülh modelini ortaya qoyub və qarşı tərəfə sülh razılaşmasını qəbul etmək zamanı olduğunu bildirib. İyulun 20-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edən dövlətimizin başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündə də diqqət göstərilən əsas məsələlərdən biri regionda vəziyyətin nizamlanması oldu. Azərbaycanın ötən səkkiz ayda postmüharibə dövrünün problemsiz keçməsi istiqamətində səyləri Rusiya Prezidenti tərəfindən yüksək dəyərləndirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığın xüsusi yer tutduğunu, Azərbaycan-Rusiya münasibətlərinin bunun bariz nümunəsi olduğunu vurğulayan M.Həsənov qeyd edib: “Strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bütün sahələri əhatə edir. Hər iki tərəf əlaqələrin inkişaf səviyyəsindən məmnundur. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edilir. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Ümumiyyətlə, əlaqələr çoxşaxəlidir. Hazırkı vaxtda regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə məsləhətləşmələrə, müzakirələrə ehtiyac olduğu bildirilir”.
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətlərinin tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara uyğun hazırkı inkişaf səviyyəsindən bəhs edən deputat bildirib ki, hər iki dövlət başçısı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmaya əsasən bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasına xüsusi önəm verir. “Zəngəzur dəhlizinin region ölkələri, türk dünyası üçün əhəmiyyətinin geniş təhlilə ehtiyacı yoxdur. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Orta Asiya Avropa ilə birləşir. Yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Azərbaycan tərəfi daim bildirir ki, əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, yeni reallıqlarla barışmalıdır”, - deyə deputat diqqətə çatdırıb.
Ermənistanın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdinin yolverilməzliyini, bu dəhlizin təkcə dəmir yolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutduğunu xüsusi qeyd edən M.Həsənov vurğulayıb ki, 10 noyabr razılaşmasının icrasına mane olmaq istəyən kənar qüvvələr mövcuddur və onlar regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər. O deyib: “Belə cəhdlər heç zaman nəticə verməyəcək. Həmin qüvvələr unutmasınlar ki, 44 günlük Vətən müharibəsində dünyaya səs salan “Dəmir yumruq” yerindədir. Ermənistan atəşkəsi pozmaqla, təxribatlar törətməklə dünyaya guya Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini çatdırmağa, Rusiyanın sülhyaratma missiyasına kölgə salmağa çalışsa da, reallıqlar başqa mənzərəni ortaya qoyur. İstər dövlətimizin başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündə, istərsə də bu günlərdə ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirdiyi mətbuat konfransında postmüharibə dövrünün reallıqlarına uyğun məsələlərin müzakirə olunması, Avropa İttifaqı rəsmisinin qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də münaqişənin artıq tarixə qovuşduğunun və tam mənada rəsmi Bakının mövqeyinin dəstəkləndiyinin nümayişidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin