21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Litvalı jurnalistdən təsirli Şuşa paylaşımı: “Şuşa Azərbaycanın qürurudur!”
“Mən 8 may 1992-ci ildən bəri ona doğru addımlayırdım. Neçə gün, neçə ay bir an kimi gəlib keçdi. Və düz otuz ildir ki, hər kəsə Azərbaycanın mədəniyyət beşiyi olan müqəddəs Şuşa şəhərinə qayıdacağımı söyləyirdim!!!”Bu fikirləri özünün “Facebook” səhifəsində Litvalı jurnalist, Xocalı hadisələrinin canlı şahidi, Qarabağ müharibəsi həqiqətlərini barədə mütəmadi yazılarla çıxış edən Riçardas Lapaitis yazıb.İşğaldan azad olunan Şuşaya səfərini təsirli cümlələrlə oxucularına təqdim edən Riçardas Lapaitis qədim Azərbaycan şəhərini açıq havada mavzoleyə bənzədib.
“Burada hər addım başı mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar və bütün Azərbaycanın tarixi var! Dağların üstündə bir bayraq gördüm! Azərbaycan bayrağı – bu, şəhərin bütün bəşəriyyətə açıq olması deməkdir!”
Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilən jurnalist düşmənin 30 il ərzində Şuşada törətdiyi vəhşiliklərə də xüsusi yer ayırıb.
“Ermənistan otuz ilə yaxın zaman ərzində burada ona aid olmayan hər şeyi – mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, xalçaları qədim qəbiristanlıqları, məqbərələri məhv etməyə çalışıb. Otuz illik faşizm həm insani, həm də mədəni irs baxımdan dəhşətli itkilərlə nəticələnib!”.
Litvalı jurnalist həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayında ordumuz Şuşanı işğaldan azad etməklə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.
“Şuşa Azərbaycanın qürurudur. O da nəhayət mənim kimi evinə qayıtdı!!! Sizi, yanımızda olanları, bizi həmişə dəstəkləyənləri və inananları möhkəm qucaqlayıram! Artıq başqa bir tarixi… Ən əzəmətli Azərbaycan şəhəri Şuşanın çiçəklənmə tarixini yazacağıq! Bunu bütün qəlbimlə arzu edirəm!”.