16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Qurban hansı heyvanlardan kəsilməlidir və kimlərə paylanmalıdır?
Şamaxı Rəsədxanasının bizə təqdim etdiyi təqvimə əsasən, ayın 20-i Qurban bayramıdır. Dövlətimizdə bu bayram 2 gün qeyd olunacaq. Qurban kəsmək şəriətdə vacib əmr deyil. Vacib şərt olmasa da, savabdır, insanların boynunda müstəhəb bir qanundur. Qurban kəsməyin vacibliyi Məkkədə ziyarətdə olan insanlar üçündür. Qüdrəti və imkamı olan insanlar qurban kəssə daha yaxşıdır. Kasıbların və imkansız şəxslərin qurban kəsməsi boynunda haqq deyil.
Qurbanlar gün çıxandan sonra kəsilməlidir. Xırdabuynuzlu hevanlardan qoç, qoyun və keçi, iribuynuzlu heyvanlardan dana, öküz və dəvə kəsilə bilər. Xırdabuynuzlu heyvanın 8 və ya 10 aylıq olması daha yaxşıdır. İribuynuzlu heyvanın 1 yaşı tamamlaması və 2 yaşı olması tövsyiə olunur. 5 yaşdan aşağı dəvələr isə kəsilə bilməz.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
O, bildirib ki, qurban kəsilən heyvanın əti mütləq 3 hissəyə bölünməlidir: “Bir hissəsini qurban kəsən insan özü sərf edə bilər, o biri hissəsini yaxın qohum-əqrabasında olan yoxsul insanlara və kasıblara bölməli, yerdə qalan hissəni isə qohum-əqrabasından kənar olan imkansız ailələrə versə, daha yaxşı olar.
Bəzi insanlar soruşur ki, qurban kəsmək yerinə, yoxsul insanlara pul vermək dini baxımdan nə dərəcədə doğrudur. Dini baxımdan bu, qəbul olunmur. İnsan mütləq qurban kəsməlidir, ət şəklində yoxsullara paylamalıdır. Ən əsası ehtiyacı olan insanlara verməlidir. Bəzən qurban ətini özünün qohum-əqrabasında olan münasib adamlara verir ki, təki qurban ətini bölsün. Qurban ətləri bölünərkən ailələr nəzərə alınmalıdır. Elə ailələr var ki, 2 nəfərdir, elə ailə var ki, 5 nəfərdir. Odur ki, ailə üzvlərinin sayını diqqətdə saxlamalıyıq.
Qafqaz müsəlmanları idarəsinin qurbanlıqla bağlı tövsiyləri var. Bu tövsiyələrdən biri odur ki, şəhid və qazi ailələri, eyhtiyacı olan insanlar diqqətlə saxlanılsın. İnsanlar biri-biri ilə səmimi olsunlar, bir-birini axtarsınlar, baş çəksinlər. Qurban bizə paylaşmağı öyrədən bir bayramdır”.