21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Ukraynanın yeni daxili işlər naziri kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, dünən Ukrayna Ali Radası erməni əsilli daxili işlər naziri Arsen Avakyanı vəzifəsindən azad edib.7 ildən çoxdur bu vəzifəni tutan Avakyan 13 iyul tarixində istefa məktubu yazıb.
Onun istefasını 291 xalq deputatı dəstəkləyib. 7 nəfər əleyhinə səs verib, 17 nəfər bitərəf qalıb.
Turkustan.info Ukrayna KİV-lərə istinadən bildirir ki, bu gün Ukrayna Ali Radası Arsen Avakyanın yerinə Denis Monastriskini daxili işlər naziri vəzifəsinə seçib. Bildirilir ki, 271 millət vəkili bu qərara səs verdi.
Ukraynanın yeni daxili işlər naziri 12 iyun 1980-ci ildə Xmelnytski şəhərində anadan olub. İdarəetmə və Hüquq ixtisasına sahibdir. Universitetdə oxuduğu illərdə “KVN” komandasının (Şən və Hazırcavablar Komandası) üzvü olub. Ukraynanın hazırkı vitse-spiker Ruslan Stefançuk il eyni komandanın üzvü olub. Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də keçmiş “KVN”çi olub.
Yayılan məlumatlarda bildirilr ki, Denis Monastriski 2019-cu ildən millək vəkilidir. Millət vəkili kimi verdiyi gəlir deklarasiyasında göstərilir ki, Kiyevdə 2 yerdə 97.4 m²-lik və 100 m²-lik iki mənzili var.
Denis Monastyrski, həyat yoldaşı Zhanna və iki oğul – Pavel və Mixail ilə birgə bu mənzillərdə yaşayır. Bildirilir ki, yeni daxili işlər nazirinin həyat yoldaşı ondan 2 dəfə çox qazanır . Denis Monastyrskinin maaşı 537 min 225 qrivna (19 min 900 dollar), Dövlət İstintaq Bürosunda işləyən həyat yoldaşının maaşı isə 1 milyon 102 min qrivna (40 min 800 dollar) olub.
Ailənin iki avtomobili var – 2008-ci il istehsalı olan “Suzuki SX-4” və 2017-ci il istehsalı olan “KIA SPORTAGE”.