
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
aiq İsmayılovun Mədəniyyət Nazirliyinə MÜRACİƏTİ:
Faiq İsmayılovun Mədəniyyət Nazirliyinə MÜRACİƏTİ:
Azərbaycan Respublikası Mədəniyyət Naziri
cənab Anar Kərimova
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai birliyinin sədri Faiq İsmayılov tərəfindən
M Ü R A C İ Ə T .
Cənab Nazir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesi 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində başa çatdı. Belə bir təşəbbüsdən yararlanaraq, bu sahəyə ictimai fəaliyyətlə məşğul olan ekspertlərin cəlb edilməsi Azərbaycan Mədəniyyətinin inkişafına fayda verə bilərdi. Bu seçkiyə mənim də namizədliyim qeydə alınmışdı.
Güman edirdim ki, Seçkidə istər namizədlər, istərsədə seçicilər, mədəniyyət sahəsində sözünü demiş ictimaiyyət nümayəndələri seçiləcəklər. Lakin düşüncəmdə yanılmışdım. Beləki qeydə alınan namizədlərin 51 nəfərdən 30-u, seçicilərin 258 nəfədən 218-inin qeyri-ixtisas sahibi olması Nazirliyin adına qətiyyən yaraşmırdı. İndi hər kəs üçün maraqlıdır; Axı heyvandarlar, ekoloqlar, iqtisadi sahədə çalışanlar, əlil və müharibə veteran təşkilatların nümayəndələri, ictimai şuraya seçilsələr Mədəniyyət Nazirliyində hansı təşəbbüslərlə çıxış edəcəklər?
Cənab Nazir. Bu qeyri-ixtisas sahibləri olan seçicilər seçki başlar-başlamaz bir neçə qrupa bölünərək, seçkiyə gələnlərə onların təqdim etdikləri siyahıdakı adamlara səs verməyə təhrik edərək, seçkinin şəffaf keçirilməsinə mane oldular. Bu utancverici hadisə seçki bitənə kimi davam etdi. Mən bütün örünü könüllü olaraq Azərbaycanın mədəni irsinin qorunmasına sərf etmiş bir ziyalı kimi sizdən xahiş edirəm. Nə qədərki gec deyil, bu seçkinin nəticələrini ləğv edin. Azərbaycanın qanunları çərçivəsində yenidən seçkilərin keçirilməsinə göstəriş verin. Qoy bir zamanlar Azərbaycan Mədəniyyətinin müxtəlif sahələrində çalışıb Azərbaycan Mədəniyyətinə fayda vermiş ictimaiyyət nümayəndələri seçkidə iştirak etsinlər.
Hörmətlə, Faiq İsmayılov.
13 iyul 2021