13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyası (HİF) seminarlar keçirib
“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyası (HİF) “Street Net İnternational” Beynəlxalq Alyansın xətti ilə “Sosial dialoq” adlı maarifləndirici seminarlar təşkil edib.
Seminarlar Bakı şəhərində, həmçinin Şəmkir və Qəbələ rayonlarında keçirilib. Seminarların mövzusu küçə ticarəti ilə məşğul olan şəxslərin və bazarlarda çalışan satıcıların sosial dialoq daxilində əmək və sosial hüquqlarının qorunması yolları olub.
Tədbirdə həmkarlar ittifaqlarının üzvləri, Dövlət Əmək Müfəttişliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Xidmət-İş” HİF-in vitse-prezidenti, “Street Net İnternational” Beynəlxalq Alyansının katibi Cəmaləddin İsmayılov həmkarlar ittifaqlarının cəmiyyətin həyatında rolu, əmək və sosial hüquqların qorunması, sosial dialoqun vacibliyi və digər məsələlər barədə geniş məlumat verib.