13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Prezident bu qanuna da dəyişiklik etdi
Prezident İlham Əliyev “Yerin təki haqqında” Qanunun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, həmin Sərəncamla təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları”nın 1.2-ci bəndindən “xüsusi razılıq (lisenziya) və ya” sözləri çıxarılıb.
Həmin Sərəncamla təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları” üzrə:
2.1-ci bəndin beşinci abzasından “xüsusi razılığın (lisenziyanın) və ya” sözləri çıxarılıb;
3.5-ci bəndin birinci abzasından “xüsusi razılıq (lisenziya)” sözləri çıxarılıb;
3.8-ci bəndin üçüncü cümləsində “Xüsusi razılığın (lisenziyanın) və ya icazənin qeydiyyat nömrəsi xüsusi razılığın (lisenziyanın)” sözləri “İcazənin qeydiyyat nömrəsi onun” sözləri ilə əvəz edilib.