13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
Dövlət mülkiyyəti üzərində qanunsuz ticarət - VİDEO
Atalar deyir: "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır."
Əvvəllər bu sözün fərqinə varmırdı çoxlarımız. Hətta, öz adımdan deyim ki, bəzən ataları bu kəlama görə qınadığım da olub. Düşünürdüm "qohum qohumdur. Ətimizi yesə də, sümüyümüzü atmaz."
Amma, redaksiyamıza müraciət edən Lənkəran rayon sakini, kimsəsiz qadın Dilşad xanım Əliyevanı dinlədikdən sonra nə qədər yanıldığımı anladım. Nənələrimiz demişkən "Allah min-min ağac uzaq eləsin" elə qohumları ki, ətimizi yeyib, sümüyümüzü "gəmirmək"dən də əl çəkməyə.
DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət edən Lənkəran rayon sakini Əliyeva Dilşad Sadıx qızı onu aldadan qohumundan elə şeylər danışdı ki, əlimiz üzümüzdə qaldı.
Bir də keçmişdə bir anlayış da var idi. "KİŞİ SÖZÜ"
Hansı ki, valideynlərimizdən eşitdiyimizə görə bir kəlmə o sözə "qan tökülər", yaxud "qan bağlanardı". Milli dəyərlərimizin, adət-ənənələrimizin heç olmasa az da olsa hələ də qorunub saxlandığı cənub bölgəsinin saf sakini Dilşad xanım da qohumunun həm sözünə güvənib, həm qohumu olduğu üçün nanəciblik gözləməyib.
Amma, "ay Dilşad xanım "o babamız çoxdan ölüb"e. Sizin düşüncələrinizdəki "kişi sözü" də, mehriban qohumluq əlaqələri də artıq tarixə qovuşub."
Qohumunun Dilşad xanımın başına gətirdiklərini təkrar yazıb, izləyicilərimizi yormaq istəmirik. Yuxarıdakı linkə daxil olub, hadisələrin təfərrüatlarını Dilşad xanımın öz dilindən dinləmisiniz artıq.
Biz əlavə olaraq bildirmək istəyirik ki, Dilşad xanımı aldadıb pulunu mənimsəyən təkcə onun öz yaxın qohumu Kazımov Şirməmməd Əjdər oğlu deyil. Bundan əlavə ortada bəhs olunan ərazi üzrə Hövsan bələdiyyəsinin də Dilşad xanımdan "güya sözügedən 30 sot torpağın bələdiyyədə onun adına olduğu üçün ondan bir neçə ay "torpaq vergisi" alması faktları, həmçinin Dilşad Əliyevanın şikayət ərizəsi əsasında həbs olunmuş qohumu Kazımov Şirməmmədin Dilşad xanımın özünün deyil, rəhmətlik qeyri-rəsmi həyat yoldaşının güya ərizəni geri götürdüyünə görə azad edilməsi və digər məhkəmə haqsızlıqları da var ki, bunları da növbəti yayımlarımızda mərhələli şəkildə diqqətinizə çatdıracağıq.
Bizi izləməkdə davam edin.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az