Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün hava limanında guşə yaradılıb

Təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün hava limanında guşə yaradılıb
Dünən, 17:31 37 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında guşə yaradılıb.
vətəndaşlar yaradılmış xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad edirlər.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin ehtimallara görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsiylə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.
Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI