Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ARXİVƏ DÖNMÜŞ SƏNƏDLƏRİN İZİ İLƏ..

ARXİVƏ DÖNMÜŞ SƏNƏDLƏRİN İZİ İLƏ..
Dünən, 12:03 58 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Boz dağın qoynunda bir dəniz vardı,
Çinarlar  sahildə qatar - qatardı.
Səməd Vurğunun məhşur "Muğam" poemasından  (1948-1949) 76il keçir. Boz dağın qoynunda, Kür çayının sahilində yerləşən,  Nur şəhəri kimi tanınan, 76 yaşlı MİNGƏÇEVİR ŞƏHƏRİ.
Son rəsmi məlumatlara görə 01.01.2024-ci il tarixli göstəricinə əsasən   nüfuzu:102900nəfərə yaxın, ərazisi: 130 km² olan  Mingəçevir-Azərbaycanın dördüncü böyük sənaye mərkəzidir. Şəhəri yarıya bölən Kür çayı üzərində nəhəng Su Elektrik Stansiyası(SES) şəhərin möhtəşəmliyini daha da artırır. Elə bu səbəbdən Mingəçevir “işıqlar və ya nur şəhəri” adlandırılır.
Qeyd etmək istəyirəm ki, 21.11.2024cü il tarixində Mingəçevir nəşriyyatının eyni adlı "Mingəçevir "- içtimai-siyasi qəzetinin N11(669) nömrəli buraxılışı diqqətimi çəkdi. Nəşrdə 
Dövlət arxivinin Mingəçevir filialında uzun müddət əməyi olmuş, filialın işçisi Səbirə xanım Abdullayevanın  "Dövlət  Arxivinin Mingəçevir  Filialının  Fəaliyyəti Sənədlərdə"- başlığı altında dərc olunmuş  Mingəçevir şəhərinin tarixi(1948), qısa zamandakı nəailiyyətləri, inkişafına aid  arqument və faktlar məharətlə qeydə alınmışdır. Zəngəzur Cəmiyyətləri Birliyinin Sədri, Tarix üzrə fəlsəfə doktoru, dəyərlimiz  HACI NƏRİMANOĞLUNUN qeydlərindən: -Bu şəhərin işığından hər evə, hər kəsə pay düşür. Məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir gündən-günə gözəlləşir, simasını dəyişir, yaşıllığı, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi və mehriban insanları- MİNGƏÇEVİRLİLƏRDİR.
Təbii ki, bu gözəlliyi yaradanların biri də  Mingəçevir şəhər arxivinin  işçisi Səbirə xanım Abdullayevadır. Səmimiliyi, uzaqgörənliyi, Vətənpərvərliyi, əsasən də doğma şəhərinə olan məhəbbəti onun qeydlərində öz əksini tapır.  Arxivə Dönmüş sənədlərin nəşri 76yaşlı Mingəçevir şəhərinin Ad günü ərəfəsinə təsadüf etdiyi  üçün bu tərtibat - Səbirə xanımın  "Mingəçevir sakinlərinə Ad Günü   hədiyyəsidir"- deyə bilərik.
Baş redaktor Kamran Orucov başda olmaqla Vətənim http://xn--azerbaycandr-c5b.az/ informasiya agentliyinin kollektivi, bu ciddi və şərəfli missiyada başda Leyla xanım İbrahimova olmaqla arxiv kollektivinə bol uğurlar diləyirik.
Yetmiş altı yaşın mübarək, nur şəhərimiz Mingəçevir !!!
Vətənim http://xn--azerbaycandr-c5b.az/  informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI