Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıtlı kadr “Bakı Metropoliteni”nə yeni sədr təyin edildi- TANITIM

Sumqayıtlı kadr “Bakı Metropoliteni”nə yeni sədr təyin edildi- TANITIM
Dünən, 23:15 39 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.
sumqayiteber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Prezident bu gün imzaladığı digər sərəncamla Zaur Hüseynovu “Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edib.
Vüsal Aslanov kimdir?
Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetindən mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub.
2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2006-2013-cü illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, idarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014-cü illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015-ci illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsini daşıyıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri olub.
2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI