Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İstedadlı rəssam-dizayner Nuranə Orucovanın növbəti uğuru...

İstedadlı rəssam-dizayner Nuranə Orucovanın növbəti uğuru...
13-12-2024, 22:06 304 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində, gənc olmasına baxmayaraq, respublikada istedadı, zəngin təxəyyülü, özünəməxsus, fərqli baxışlı rəsm əsərləri ilə tanınan rəssam-dizayner Nuranə Orucova növbəti uğuruna imza atdı. Onlarla yetirmələri ilə qürur duyan rəssamın "Təbiət ilhama çağırır" adlı sərgisində elə 20-yə yaxın şagirdinin rəsm əsərlərinin sehrinə düşdü tədbir iştirakçıları. Azyaşlı və yeniyetmələrin kətan üzərində rəngli boya ilə zövqlə işlənmiş əsərləri hər kəsi valeh etdi.

Həmin gün gül yağışına bürünmüş Nuranə xanım növbəti - 13-cü sərgisinin sevincini yaşadı. Sevincə sevinc qatan isə yetirmələrinin uğuru, valideynlərin sonsuz razılıq və təşəkkürü, əziz-doğmaların, dostların, həmkarların... dəstəyi və isti münasibəti, sevgisi idi.

Çıxışlar bir-birini əvəz etdi, xoş arzu-diləklər dilə gəldi, şeirlər səsləndi, musiqi nömrələri ruhu oxşadı... Kiçik rəssamlar sevimli müəllimləri tərəfindən təltif olundular. Beləcə, unudulmayacaq xoş bir gün yaşandı...

Perspektivli gənc rəssam-dizayner Nuranə Orucovanı növbəti uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək addımlarında bol nailiyyətlər diləyir və deyirik: "Əziz Nuranə xanım, təkcə Rənglər dünyasında deyil, həyatda yolunuz açıq, işləriniz avand olsun!"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI