Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Maya Sandu: Qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik

Maya Sandu: Qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik
Dünən, 00:36 9 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Moldovanın payına qlobal emissiyaların 0,03%-ni düşür, lakin ölkə Avropada ən riskə həssas ölkə olub.
bunu Moldova Prezidenti Maya Sandu COP29 İqlim Liderləri Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Moldova üçün iqlim dəyişikliyi xəyali təhlükə deyil, gündəlik həyata, iqtisadiyyata və xüsusilə kənd icmalarına təsir edən reallıqdır.
"Bu, inkişaf etməkdə olan riskə həssas millətlərə üstünlük verən və təhlükəsizliyin artırılmasına diqqət yetirilən ədalətli iqlim maliyyələşdirmə sisteminə mümkün qədər tez çıxışın təmin edilməsinin vacibliyini göstərir", - deyə o bildirib.
Moldova ağac əkməyə dair milli proqramın icrasına başlayıb və meşə örtüyünü 5% artırmağı planlaşdırır.
"Bu, yaşıl gələcəyə sadiqliyimizin sübutudur. Vəsait çatışmazlığına baxmayaraq, biz planetin sağlamlığı və gələcək nəsillər naminə bu işi davam etdiririk. Bu, daha yaxşı hava keyfiyyətinə, biomüxtəlifliyin və Yerin qorunmasına töhfədir", - deyə Moldova Prezidenti qeyd edib.
O vurğulayıb ki, qlobal böhran hamıdan fəal tədbirlər tələb edir.
Moldova enerji səmərəliliyini artırır, istehlakı azaldır, bərpa olunan mənbələri tətbiq edir. Lakin meşələrin bərpası və dekarbonizasiya məsələsinin həlli resurslar tələb edən böyük məqsədlərdir.
"Biz qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik. Əgər tədbirlər görməsək və planetin böyük ərazilərinin yaşayış üçün yararsız hala düşməsinin qarşısını almasaq, tarix bizi mühakimə edəcək. Bu gün bizim işimiz Yerin gələcəyini müəyyən edəcək", - deyə o, yekunda bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI