13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Sumqayıtda “Qarabağ Azərbaycandır!” adlı satış-sərgi kecirilib
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə “Qarabağ Azərbaycandır!” adlı satış-sərgi keçirilib.
Sosialxəbər.az xəbər verir ki, əvvəlcə mərkəzin kollektivi və burada reabilitasiya keçən Vətən müharibəsi iştirakçıları Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin məzarı üstünə tər güllər düzüblər.
Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış və Vətən müharibəsində möhtəşəm Zəfərimizə, Ordumuzun şücaətinə, işğaldan azad edilmiş doğma yurd yerlərimizə həsr olunmuş əl işləri (suvenirlər, ağac üzərində oymalar, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları) təqdim edilib.
Ümumilikdə 6 sənət növü üzrə 100-ə yaxın əl işinin təqdim olunduğu sərgi barədə danışan Mərkəzin direktoru Pərvanə Hacıyeva bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.
Qeyd edək ki, əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi 2 gün davam edəcək.