Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Sənə Zəfər Yaraşır Azərbaycan!"

"Sənə Zəfər Yaraşır Azərbaycan!"
19-10-2024, 20:20 399 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Azərbaycanın Zəfər dolu tarixi ,2020-ci ildə baş verən 44 günlük Vətən Müharibəsi ,xalqımızın gücünü,iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi.Zəfərimizə nail olmaqda ən böyük rol oynayan amillərdən biri Azərbaycan ordusunun gücü və döyüş əzmi ,digəri isə Ali Baş Komandanı Prezident İlham Əliyevin  qətiyyətli liderliyidir.Azərbaycanın Qarabağda qazandığı zəfərdən sonra ölkədə bir sıra yenidənqurma və inkişaf işləri həyata keçirilməyə başlanıb.Müharibədən zərər çəkmiş ərazilərdə yeni yollar körpülər,müasir texnologiyallarla təchiz olunmuş ağıllı şəhər və ağıllı kənd layihələrinin tətbiqi.
İşğal zamanı dağıdılmış məscidlər ,tarixi abidələr,mədəniyyət mərkəzləri və digər dini - mədəni obyektlər bərpa edilir.Şuşa şəhəri Arbaycanın mədəniyyət paytaxtı elan edilib və burada bir sıra beynəlxalq tədbirlər ,musiqi festivalları keçirilir.
Zəfərdən sonra Kəlbəcərdə bərpa və quruculuq işləri geniş miqyasda həyata keçirilir.Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin rayonlarından biridir.Burada qızıl mədənləri və mineral sular var ki ,bu da rayonun iqtisadi potensialını artırır.Zəfərdən sonra Kəlbəcərdə məskunlaşma  və əhalinin geri qaytarılması planlaşdırılır.Bu zəfər Azərbaycanın tarixində və milli kimliyində dərin izlər buraxan bir dönüş nöqtəsidir.
"Sənə Zəfər Yaraşır Azərbaycan!"ifadəsi də məhz bu qələbənin ruhunu ,xalqımızın əzmini və qəhrəmanlığını simvollaşdırır.Bu zəfər Azərbaycan xalqının mənəvi birliyinin və vətən sevgisinin təcəssümüdür.
"Sənə Zəfər Yaraşır Azərbaycan! " ifadəsi xalqımızın tarixində bir dönüm nöqtəsini ,milli qüruru və mübarizə əzmini simvollaşdırır.Bu zəfər ,təkcə hərbi və diplomatik uğuru deyil ,eyni zamanda Azərbaycanın birlik ruhunun ən gözəl ifadəsidir.Bu gün biz azad Qarabağın yollarında qələbələrə doğru irəliləyirik və hər bir Azərbaycan vətəndaşı bu zəfərlə qürur duyur.

KƏLBƏCƏR RAYON 100 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN DİREKTORU AFAQ RƏHİMOVA.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI