Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xaçmazda "18 oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş tədbir keçirildi.

Xaçmazda "18 oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş tədbir keçirildi.
19-10-2024, 10:52 142 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​18 oktyabr  Xaçmaz Rayon İcra Hakimiyyətinin,  Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə  Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin  Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, dönməzdir!" adlı tədbir keçirilmişdı.
Tədbir öncəsi  məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Əsərlərdə məktəblilərin düşüncələri öz əksini tapmışdı. Qonaqlar tərəfindən marağa səbəb olan sərgi də 18 oktyabr Müstəqilliyimizin bərpası gününə həsr olunmuşdur.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildir.

Tədbirdə Rayon İcra Hakimiyyəti  başçısının müavini Günel Nürəddinova, Rayon Ağsaqqallar şurasının sədri Məhərrəm Abasov, şəhid valideyinləri, qazilər,  "N" saylı hərbi hissənin zabit heyəti, təhsil və mədəniyyət kollektivləri, rayon ictimaiyyəti iştirak etmışdı.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Əskərova 18 oktyabr - Müstəqilliyin Bərpası Gününün yaranma tarixindən danışdı.
Çıxış edən Rayon İcra Hakimiyyəti  başçısının müavini Günel Nürəddinova  bildirib ki, ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərib. İkinci dəfə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Müstəqilliyin  ilk illərində xalqımızın yenidən onu itirmək təhlükəsi ilə üzləşdib, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşmuşdur.
 Rayon Ağsaqqallar şurasının sədri Məhərrəm Abasov, şəhid valideyini Yasəmən İmanova, "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Vətən müharibəsi iştirakçısı, Baş gizir Ramil Səmədov, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Kazım Balakişiyev ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutması nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsindən söz açıblar.
Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, məktəblilər ədəbi-bədii kompazisya ilə çıxış ediblər.
Gülxar Rəhimli,
Xaçmaz.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI