21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirin əvvəlində Lütfi Zadənin həyat və fəaliyyətinə həsr edilmiş qısametrajlı sənədli film nümayiş etdirilib.
Sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov çıxış edib. Nazir müavini dahi azərbaycanlı alimin riyaziyyat, kibernetika, informatika və hesablama texnologiyasının inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Rövşən Rüstəmov qeyd edib ki, Lütfi Zadə yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən vacib fikirləri ortaya qoymuş böyük bir şəxsiyyətdir:
“Onun yaratdığı elmi məktəb və laboratoriyalar yarım əsrdən artıqdır ki, dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi”.
Tədbirin gedişində Lütfi Zadə elminin müxtəlif aspektləri müzakirə olunub.