20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
“AzerGold” nüfuzlu mükafata layiq görüldü
İyunun 24-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə “Cbonds Awards 2021” mükafatına layiq görülüb.
"Qafqazinfo" xəbər verir ki, Mükafat Səhmdar Cəmiyyətə ötən il Bakı Fond Birjasında “PAŞA Bank”ın dəstəyi ilə uğurla yerləşdirdiyi “AzerGold” istiqrazlarına görə təqdim edilib.
Qeyd edək ki, “Cbonds Awards” mükafatı Rusiyanın maliyyə bazarları üzrə biznes konfranslarının təşkilində ixtisaslaşmış “CBonds” şirkəti tərəfindən təsis edilib. Mükafat 2014-cü ildən etibarən hər il postsovet məkanı ölkələrinin istiqraz bazarının aparıcı nümayəndələrinə onlayn səsvermə yolu ilə təqdim olunur.
Bu il 13 nominasiya üzrə təqdim olunan mükafatın qalibləri Sankt-Peterburq şəhərində keçirilən 17-ci MDB və Baltikyanı ölkələrin İstiqraz konqresində elan edilib.
Tədbirə videobağlantı vasitəsilə qoşulan “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev tədbir təşkilatçılarına təşəkkür edərək, “AzerGold” istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verilməsi, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaradılması, həmçinin “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi məqsədi daşıdığını qeyd edib.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, “AzerGold” istiqrazlarının tədavülə çıxarılması ümumilikdə ölkə iqtisadiyyatı və maliyyə bazarı üçün çox mühüm bir hadisəyə çevrilib. “Bu hadisənin belə bir nüfuzlu mükafat qazanması təkcə emitentin yox, ölkəmizin qiymətli kağızlar bazarının və bütün bazar iştirakçılarının böyük uğuru hesab edilə bilər. İstiqraz emissiyaları yerləşdirmələrinin həyata keçirilməsi və beynəlxalq ekspertlər icması tərəfindən tanınması yerli bazarın cəlbediciliyinin daim artmasına və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəsini verəcək”, - deyə Taleh Kazımov bildirib.
Xatırladaq ki, nominal dəyəri 100 ABŞ dolları, ümumi emissiya həcmi 20,000,000 ABŞ dolları olan “AzerGold” istiqrazları illik 4% kupon dərəcəsi ilə tədavülə buraxılıb. “PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərraclarında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabla 2 dəfədən çox üstələyib, orta gəlirliliyi isə 3.36 % təşkil edib.