Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin yeddinci çağırışının ilk iclasında parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin yeddinci çağırışının ilk iclasında parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi.
27-09-2024, 17:30 116 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Cari ilin 23 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə VII çağırış Milli Məclisin ilk iclası keçirildi və bu iclasda dövlət başçısı çıxış edərək bir çox istiqamətdə önəmli açıqlamalar vermişdi.

Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxış edərək son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğuladı. Ölkə  başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi.

Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin Ermənistanı silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir.

Dövlətimizin başçısı ölkədə daxili sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişafın və sosial rifah səviyyəsinin yüksəldilməsi üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırdı və bu istiqamətdə dövlət tərəfindən görülən tədbirlərin kifayət qədər səmərəli olduğunu qeyd etdi. Daxili sabitliyə təhlükə yaradan amillərdən birinin ideoloji təxribat olduğunu vurğulayan Prezidenti İlham Əliyev müstəqilliyimizin bərpasından sonrakı bütün illər ərzində xarici güclər tərəfindən bu kimi cəhdlərin heç vaxt dayandırılmadığını bildirdi. Belə təxribatların qarşısının alınması üçün Prezident ölkədə milli həmrəyliyin təmin edilməsini və gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinin cəmiyyət qarşısında dayanan prioritet vəzifə olduğunu və bu vəzifələrin yerinə yetirilməsində ailənin və məktəbin rolunu xüsusi olaraq qeyd etdi.

İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, orada həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqqında danışan dövlətimizin başçısı ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni irsimizin bərpa olunmasını və keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə öz doğma yerlərinə qaytarılmasını dövlətin ən vacib fəaliyyət sahəsi olduğunu qeyd etdi və bildirdi ki, həmin ərazilərdə yeni istehsal sahələrinin yaradılması bütövlükdə iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək.

Prezidenti İlham Əliyev vurğuladı ki, 44 günlük müharibədən sonra ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb və bu təşəbbüs faktiki olaraq çıxılmaz vəziyyətdə olan Ermənistana mövcud durumdan çıxış üçün dəstək şəklində Azərbaycanın xoş məramı kimi öz ifadəsini tapıb. Lakin hadisələrin sonrakı gedişi göstərir ki, Ermənistan bölgədə sülhün bərqərar olunmasına məsuliyyətli yanaşmır və kifayət qədər maraq göstərmir. Prezident Ermənistan siyasi rəhbərliyinin sülh müqaviləsinə göstərdiyi yanaşmanı “primitiv” və “qeyri-adekvat” adlandırdı.

Dövlətimizin başçısı, həmçinin Ermənistanda revanşist qüvvələri dəstəkləyən və Ermənistanı silahlandıran dövlətlərə də işarə edərək, bölgədə yeni müharibənin alovlanacağı təqdirdə bütün məsuliyyətin məhz onların üzərinə düşəcəyini bildirdi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına müdaxilə etmək istəyən dövlətləri bu kimi fəaliyyətlərdən imtina etməyə çağırdı.

 

Bütün bunlarla yanaşı, Azərbaycanın mövqeyinin beynəlxalq birlik tərəfindən alqışlandığını qeyd edən Prezident İlham Əliyev COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin bütün dünya dövlətləri tərəfindən yekdil şəkildə dəstəklənməsinin məhz bunun təsdiqi olduğunu bildirdi. İnkişafımızın bu gün başlayan yeni mərhələsində Azərbaycanın dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da artacağını və yüksələn xətlə inkişaf edəcəyindən əmin olduğunu bildirdi.

 

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI