21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Fuad Muradov Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri ilə görüşüb
İyunun 21-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə ilə görüşü keçirilib.
Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Komitə sədri son illər ərzində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin xaricdə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, qarşıda duran başlıca vəzifə və məqsədlər haqqında fikirlərini bölüşüb. Eyni zamanda, Küveytlə Azərbaycan arasında əlaqələrin inkişafında diasporun rolunun artırılması, həmvətənlərimizin təşkilatlanması, Küveytdəki türkdilli xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə isə ötən dövr ərzində Küveytdəki Azərbaycan diasporu tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı ətraflı məlumat verib. Daha sonra Könül Hacızadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi Küveytdə yaşayan azərbaycanlılar tərəfindən yüksək coşqu və sevinclə qarşılanıb. Görüş zamanı Küveytdə Azərbaycan diasporu tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də fikir mübadiləsi aparılıb.
Sonda Komitə sədri Fuad Muradov tərəfindən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadəyə Azərbaycanın Küveytdə təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətindəki xidmətlərinə görə “Təşəkkürnamə” təqdim edilib.