01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Qamar Caved Bacvan: Azərbaycanın Ermənistanı məğlub edərək ərazilərini geri qaytarması hər bir pakistanlı üçün möhtəşəm hadisədir
Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvan Prezident İlham Əliyev ilə görüşdə dövlətimizin başçısını İkinci Qarabağ müharibəsində tarixi Qələbə münasibətilə təbrik edib.
Vetenim-azerbaycandır.az xəbər verir ki, Azərbaycanın Ermənistanı məğlub edərək ərazilərini geri qaytarmasını hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisə adlandıran Qamar Caved Bacvan deyib: “Ölkənizə qarşı qərəzliliyə baxmayaraq, Siz ərazi bütövlüyünüzü bərpa etdiniz. Sizi səmimi qəlbdən təbrik edirəm. İkincisi, mən qeyd etmək istərdim ki, 1993-cü ildə dostlarımdan biri Azərbaycana gəlmişdi və o zaman çox məyus olmuşdu. O, ötən il buraya səfər etdi və heyran oldu, dedi ki, görkəmli şəxsiyyət olan atanızın və Sizin rəhbərliyinizlə Azərbaycan son 30 ildə inkişaf edib. O qeyd etdi ki, bunu yüksək qiymətləndirir”.
Pakistanlı general deyib ki, Azərbaycan ilə Pakistanın ortaq tərəfdaşlarından biri də Türkiyədir: “Sizin “bir millət, iki dövlət” dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə ilədir. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır. Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz bir çox imkanlar var, iş adamlarımız buraya səfər edə bilərlər”.