19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Necə oldu ki, Köçəryan belə biabırcasına məğlub oldu?
Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutdu və nəticələri də artıq bəllidir. Səslərin hesablanmasına görə Paşinyan liderdir və hələ də ölkənin ən güclü siyasi qruplaşması olan “Qarabağ klanı”nın namizədi cinayətkar Koçaryandan təxminən üç dəfə çox səs topladı.
Bəs, necə oldu ki, Azərbaycanın işğal edilmiş 20 faiz ərazisini çapıb-talayıb satmaqla milyonlar qazanan və kifayət qədər hərtərəfli güclü xarici dəstəyi olan mafioz Koçaryan uşaq adlandırdığı və Ermənistanın məğlubiyyətini bütövlükdə adına yazmağa çalışdığı Paşinyana belə biabırcasına məğlub oldu?!
Əslində bu sualın cavabı 27 sentyabrdan 8 noyabra qədər baş verən hadisələrdə və onların məntiqi nəticəsi kimi 10 noyabrda imzalanan Bəyanatda idi. Sadəcə həmin hadisələri, imzalanan bəyanatı və bununla da Azərbaycanın müəllifliyi ilə ortaya qoyulmuş və artıq tarixi zərurətə çevrilmiş yeni reallığı dərk etmək bacarığı lazım idi. Bunu isə “dəmir yumruğ”un zərbəsini dadmış və ondan lazımi nəticə çıxarmış Paşinyan zamanında dərk etdi.
Elə buna görə də, müharibədə məğlubiyyətə, ona və ailəsinə qarşı hazırlanmaqda olan vendettaya rəğmən kapitulyasiya aktına imza atdı, erkən seçkilər elan etdi, bizim lehimizə müxtəlif bəyanatlar səsləndirdi və lazım gələndə hətta hər şeyə rəğmən forpostu olduğu Rusiyanın bostanına daş atmağa da cəhdlər etdi. Çünki, Azərbaycanın ortaya qoyduğu tarixi reallığı dərk etmişdi, elə onun özünü zamanında hakimiyyətə gətirən güclərin də qəbul etdiyi reallığı anlamışdı. Bu reallığın tərkib hissəsi olan Şuşa bəyannaməsinin zəruriliyini, gücünü və mahiyyətini dərk edirdi!
Bəli, cinayətkar, mafioz və terrorçu Köçəryanı Paşinyan və onun siyasi potensialı deyil, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan və onun yürütdüyü uğurlu siyasət və diplomatiya darmadağın etdi! Təsadüfi deyildi ki, işğaldan azad edilmiş ərazilərdə çıxış edərkən müzəffər Ali Baş Komandan və qalib Prezident İlham Əliyev “biz Paşinyanın deyil, Koçaryan və Sarkisyanın ordusunu məğlub etdik” deyirdi! Elə buna görə də, əminliklə demək olar ki, tarixə qovuşmuş Qarabağ münaqişəsindən sonra qalmaqda olan mina xəritələri, boşaldılmalı olan kəndlər, ərazilərimizdə olan terrorçu ermənilər, sərhəd məsələsi və ən əsası Zəngəzur dəhlizi ilə bağlı problemlər də çox qısa zamanda həllini tapacaq.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov