Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

XİN başçısının müavini Xorvatiyada işgüzar səfərdə olub - FOTO

XİN başçısının müavini Xorvatiyada işgüzar səfərdə olub - FOTO
30-06-2024, 15:38 104 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

27-29 iyun 2024-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada keçirilən Dubrovnik Forumunda iştirak etmək məqsədilə, bu ölkədə işgüzar səfərdə olub.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Forumun “Liderlər Paneli. Nöqtələrin birləşdirilməsi: Etibarlı Təchizat Zəncirləri və Dəniz Təhlükəsizliyi” panelində çıxış edib. Elnur Məmmədov çıxışında ölkəmizin son 30 ildə həyata keçirdiyi irimiqyaslı enerji layihələri, tranzit imkanlarının inkişaf etdirilməsi barədə danışıb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir müavini, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla bərpa olunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətində əməkdaşlığı, o cümlədən “Qara dəniz sualtı kabeli” layihəsi barədə məlumat verib.
Səfər zamanı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirilib. Xorvatiyanın xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə keçirilmiş görüşdə, Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, mədəniyyət, humanitar, minatəmizləmə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirlməsi məsələləri müzakirə olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı Elnur Məmmədovun, Xorvatiyanın Daxili İşlər Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəhbəri Damir Trut ilə də görüşü keçilib. Görüşdə, Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə, xüsusilə də ölkəmiz üçün priotitet olan humanitar minatəmizləmə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu istiqamətdə gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Minatəmizləmə sahəsində ixtisaslaşmış Xorvatiya şirkətləri ilə ANAMA arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir müavini həmçinin Xorvatiyanın dövlət televiziyası HRT1-ə müsahibə verib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI