Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

12:44 - Muxtar Babayev COP29-la bağlı məktub göndərdi

12:41 - SOCAR "Azər-Türk Bank"ın səhmlərinin 51 %-ni almaq istəyir

12:36 - Dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib

12:34 - Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla bağlı tibbi müayinədən keçmələrinə görə yeni qayda təsdiqlənib

19:02 - Mikayıl Cabbarov İsrailin regional əməkdaşlıq naziri ilə görüşüb - FOTO

18:58 - Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib - FOTO

18:53 - Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb

18:52 - Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər

18:47 - Prezident İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib - FOTO - YENİLƏNİB

12:17 - 13-14 iyul 2024-cü il tarixində, "MMA və Grappling" idman növü üzrə 2-ci Qarabağ döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı Ramiq Mikayılovun əziz xatirəsinə həsr olunmuş turnir keçirildi.

15:33 - Sumqayıt şəhərində “Buta” moda evinin açılışı olmuşdur.

13:27 - Azərbaycan millisi Avropa çempionatında bu gün final matçına çıxacaq

13:25 - Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

13:24 - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55-ci ildönümüdür

13:20 - Polad Həşimovun şəhid olmasının ildönümüdür

Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir

Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir
13-06-2024, 17:54 157 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

2021-ci ilin 15 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin imzalanması Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla bərabər, Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən tarixi sənəddir. Bu tarixi sənəd bir daha sübut edir ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur. Şuşa bəyənnaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki dövlətin əməkdaşlığının daha geniş və çoxşaxəli səviyyədə həyata keçirilməsinə imkan verir. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir.
44 günlük Vətən müharibəsində də Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, eyni zamanda güclü mənəvi-siyasi dəstək göstərməsi olmuşdur. Müharibənin başlandığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Müharibənin başladığı gündən etibarən qardaş Türkiyə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə möhtəşəm Zəfər paradında da xalqımızın yanında oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında döyüşən rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində təcavüzkar Ermənistan siyasi rəhbərliyinin və ordusunun cavabı layiqli şəkildə verilmiş və müharibə Ermənistan Respublikası üçün tam kapitulyasiya ilə nəticələnmişdir. Həyatını vətən uğrunda qurban etmiş şəhidlərimizin əziz xatirəsi daim yaddaşımızdadır və unudulmayacaq.
44 günlük Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sözün əsl mənasında qardaşlıq, dostluq əlaqalərinin ən yüksək səviyyədə olduğunu dünyaya sübut edir. Şuşa Bəyannaməsi ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqlarımızın təhlükəsiz yaşamasının təminatıdır. Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da yalnız iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək vermiş olacaq. Beləliklə Şuşa bəyannaməsinin imzalanması Şanlı Zəfər qələbəmizin təntənəsi olaraq bir daha bütün dünyaya bildirdi ki, Türkiyə Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.
 
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI