Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

30 may 2024-cü il tarixində Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Uşaqların təhlükəsizliyi xoşbəxt gələcəyin təməlidir” mövzusunda tədbir

30 may 2024-cü il tarixində Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Uşaqların təhlükəsizliyi xoşbəxt gələcəyin təməlidir” mövzusunda tədbir
31-05-2024, 20:20 261 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

30 iyun 2024-cü il tarixində Bakı şəhəri Nizami rayonu 201nömrəli tam orta məktəbdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Uşaqların təhlükəsizliyi xoşbəxt gələcəyin təməlidir” mövzusunda tədbir keçirilmişdir.


  Dəvət olunmuş qonaqlar ilk öncə məktəbin şagirdlərinin hazırladığı sərgilərə, bir-birindən maraqlı, unikal eksponatlarabaxmış, şagirdlərin təşəbbüsü ilə ağacəkmə aksiyasında iştirak etmişlər. 
 Tədbir qonaqların çıxışları və şagirdlərin bədii yaradıcılıq nömrələri ilə davam etmişdir. Qonaqlardan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovun, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənovanın, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika Və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimovun, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin “Uşaq Müdafiəsi” proqramının rəhbəri Vüqar Salmanovun, məktəbin “Gənc Diplomatlar Komandası”nın üzvlərinin və 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın çıxışları böyük maraqla qarşılanmışdır.

  Sonda məktəbdə təşkil olunan müsabiqələrdə müxtəlif nominasiyalar üzrə qalib gəlmiş iştirakçılar təltif olunmuş və qonaqlarla xatirə fotoları çəkilmişdir.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI