BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. İLHAM ƏLİYEV.
22-04-2024, 16:23
168 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Ölkəmizin inkişafı üçün ən böyük sərvət onun Ziyalılarıdır. Müsahibimiz MUSAYEV MUSA HƏZİ OGLUNUN Qursalı Tv.nin dəvətilə verdiyi müsahibəsinin bir hissəsini sizə təqdim edirik.
Zəngəzurun qeyrət qalası olan Nüvədidə ziyalı bir ailədə böyüyüb, boya-başa çatan, vətənpərvər ziyalımız Musa müəllimin el-obaya bağlılığı, vətənpərvərliyi hər bir Azerbaycan vətəndaşına örnəkdir. Musa Musayevin zəngin həyat yolu və fəaliyyətinin bütün mərhələləri, öz xalqına sıx bağlılığı, milli dövlәtçiliyə sadiqliyidir. Bu qürurverici hisslərlə yaşayan, geniş bilik və dərin təfəkkür sahibi olan Musa Həzi oğlu düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, əvvəlki dövrlərdə də Azərbaycan ictimaiyyətinə layiq ciddi məsələlərin öhdəsindən uğurla gəlmişdir. İctimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Musa müəllimin Azerbaycan Respublikasının inkişafında həyata keçirdiyi xidmətləri danılmazdır və qürurvericidir. Fəxr və qürurla deyə bilərik ki, hələ gənc yaşlarından Ölkəmizin strateji inkişafında uzun müddət imzası olan Musa Musayev Azerbaycan Respublikası MM.nin Deputatı, sonra isə Naftalan şəhər İH Başçısı vəzifəsində və son illər YAP.ın Təftiş Komissiyasının üzvü, N.Nərimanov rayon 20saylı, II seçki dairəsinin sədri vəzifəsində mühüm islahatlar həyata keçirmişdir. Bu fəaliyyətin fəal nəticəsidir ki, Musayev Musa Həzi oğlu Ölkəmizin əlamətdar günlərində diqqət mərkəzində olmuş, daima yüksək qiymətləndirilərək bir çox fəxri-fərmanlara, tərifnamələrə layiq görülmüşdür.Prezident İlham Əliyev cənabları tərəfindən imzalanmış sərəncama əsasən "Tərəqqi Medalı", eyni zamanda 20.03.2024 il tarixində Ulu Öndərin 100illiyinə həsr olunmuş Yubley Tədbiri zamanı "Heydər Əliyev Medalı" ilə təltif olunmuşdur. Bundan ruhlanan Musa müəllim öz çıxışında: "Ulu Öndər idalogiyasına sadiq bir hərbçi kimi ölkəmizin inkişafında daha da məsuliyyətlə işlərini davam etdirəcəyini qeyd etmişdir. Bu Ölkəmizə verilən dəyərin təntənəsi və uğurudur. Qürurverici haldır ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla Musa müəllim kimi Vətənpərvər, Mərd oğullarımızın köməyi ilə Azərbaycanın üç rəngli bayrağı altında Zəfər çalmış ölkəmizin bütöv xəritəsinin bərpası artıq təmin edildi.
Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun.. Qazilərimizə can sağlığı diləyirik.. Bu şərəfli, ciddi həm də məsuliyyətli işdə Musa Həzi oğluna həyat və fəaliyyətində uğurlar arzu edirik....
Bizim doğma torpağımız ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. Biz torpaqlarımıza qayıdacayıq
Təbii ki !!!
Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru:
Naile Muradova.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin möhtəşəm çıxışı ilə üst-üstə düşən videoçarxı böyük məmnuniyyətlə sizə təqdim edirəm.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<