17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Səfir Corc Dik İsraillə Azərbaycan diplomatik münasibətlərinin qurulması haqqında paylaşım edib - FOTO
VETENİM-AZERBAYCANDIR.AZ
“Azərbaycanın İsraildə səfirlik açması Bakı - Təl-Əviv əlaqələrinin artan gücü və yaxınlığının göstəricisidir”.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşımında qeyd edib.
“Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edirik. Cəmi bir il öncə biz Azərbaycanın İsraildə səfirliyinin açılışını qeyd etdik. Bu mərhələ bizim əlaqələrimizin getdikcə artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz üçün daha da parlaq perspektivlərlə dolu gələcək naminə!”, - diplomat yazıb.
Xatırladaq ki, 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə 2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə başlayıb.