Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Füzuliyə qayıdan keçmiş məcburi köçkün: “Çox ağrılı, dəhşətli günlər idi”

Füzuliyə qayıdan keçmiş məcburi köçkün: “Çox ağrılı, dəhşətli günlər idi”
29-03-2024, 11:27 86 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Doğma yurdumuza öz ailəmlə, övladlarımla qayıdıram, çox xoşbəxtəm”.
Bunu  açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Gülnarə Talıbova deyib.
O bildirib ki, ən böyük arzusu Füzulidə şəhid olan qardaşının məzarını ziyarət etməkdir:
“Füzulinin Qacar kəndindənəm, yoldaşım isə şəhərin özündən. 10 yaşım var idi Füzulidən çıxanda. Çox ağrılı, dəhşətli günlər idi, qardaşım, əmim qızı, yaxın qohumlarım şəhid oldular. O günləri xatırlamaq mənim üçün çox ağırdır.
Şükürlər olsun bu günə ki, torpaqlarımız işğaldan azad olundu. Qısa müddətdə bərpa olundu, hələ də Füzulidə və digər azad olunmuş torpaqlarımızda quruculuq işləri gedir.
Ən böyük arzum Füzulidə şəhid qardaşımın və digər qohumlarımın məzarlarını ziyarət etməkdir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (138 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə  666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI