Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

PSİXOLOGİYA NOTLARIN DİLİYLƏ...

PSİXOLOGİYA NOTLARIN DİLİYLƏ...
27-03-2024, 14:31 253 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Psixologiya, notlar, musiqi aləmi, psixologiya və musiqi, onların qarşılıqlı əlaqəsi, musiqinin insan psixikasına təsiri, onların sintezindən yaranan yeni-yeni ideyalar, düşüncələr, bu ideyaların ruhumuzda etdiyi dəyişikliklər, musiqinin insanda yaratdığı sevinc, xoşbəxtlik, rahatlıq, sakitlik duyğusu... Psixologiya və musiqi kəlmələrini yanaşı işlətdikdə yuxarıdakı sadaladıqlarım canlanır insan beynində. Nədir axi musiqi? Daha doğrusu nədir axı bu musiqidə olan güc? O güc ki, insan psixikasına təsir edərək , onun dünyaya baxış sistemində müəyyən fərqliliklər yaradır, ruhumuzun dərinliklərinə enərək orada yatmış hüceyrələrimizi hərəkətə gətirir.
İnsan həm də musiqiylə düşünür, fikirlərini ifadə edir, xoşbəxt olur, kədərlənir,  müxtəlif hisslər keçirir, yeni qərarlar verməyə çalışır, özündə yeni güc, enerji kəşf edir, yeni ideya yaradır, dinlədiyi musiqinin sözlərində özünü görür, süjet xəttini öz həyatına bənzədir, yaşadıqlarıyla əlaqələndirməyə çalışır, məhz elə ona görə də dinlədiyi musiqini sevir, daha çox dinləmək istəyir. Çünki, o musiqi, melodiya insanın yatmış arzu və xəyallarını dilə gətirir, bəzən sözlə söylənilməyən kəlmələri musiqiylə dərk etməyimizə köməkçi olur. Məhz elə buna görə də insan musiqini belə çox sevir və onu daha çox dinləməyə meyl edir. 
Musiqi həm də bir terapiya növüdür. Fərdlərin fiziki, psixofizioloji, ictimai və zehni ehtiyaclarını ödəmək üçün musiqidən istifadə olunur. Dünyada musiqi, həmçinin musiqi terapiyasının tarixi çox qədimlərə gedib çıxır. Buna uyğun olaraq Azərbaycanda Qobustan qayalıqlarında görülən rəqs edən insan şəkilləri, 12-14 min illik musiqi və hərəkət həqiqətini  ortaya qoyur. Uyğur türklərinə aid Hoten şəhəri Çerçen qəzası yaxınlığında Mülçe çayı kənarında yerləşən Minqyar qaya rəsmləri 6-8 min illik bir keçmişdən xəbər verir. 
Qeyd olunur ki, musiqi terapiyasından psixiatrik xəstəliklərdə 1950-ci illərdən bəri istifadə edilir. Musiqinin sertonin, dopamin, melatonin, kartizol, adrenalin, testesteron kimi psixiatrik xəstəliklərin meydana gəlməsində təsiri olan hormonlara, qan təzyiqi, tənəffüs ritmi, nəbz sayı kimi fizioloji hadisələrə nece reaksiya verməsi təsdiqlənmişdir. Bu gün Qərbdə klinika, xəstəxana, məktəb, maddə asılılığı mərkəzi kimi yerlərdə 5 mindən çox mütəxəssisə musiqi terapiyası tətbiq edilir.  Musiqi qammasında olan səslər insanın orqanlarına da təsir göstərir. Məs: Lya notu qaraciyərə, mədəaltı vəziyə müsbət təsir etdiyi halda, si notu ilə insanı hətta öldürmək olar. Bəzi həkimlər əməliyyat prosesində də musiqidən istifadə edirlər.
Musiqi həm də uşaqlara, hamilə qadınlara əvəzedilməz şəkildə təsir göstərir. Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmağı tövsiyə edirlər. Bu həm ana, həm də körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edərək -sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır. Artıq məlumdur ki, körpələrdə musiqini, onun ritmini, səsin gücünü, yuxarı və aşağı notları qavramaq qabiliyyəti yaranır. Tədqiqatlar göstərmişdir ki, dölün beynində eşitmə sistemləri hamiləliyin 26-cı həftəsindən başlayır. Bu da isbat olunmuşdur ki, uşağın doğulanadək eşitdiyi musiqi onun inkişafını sürətləndirir. Hamiləliyin 28- ci və 36-cı həftələrində musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, melodiyanı tanımaq qabiliyyəti güclü olur. 
Amerikada keçəlləşən insanların başlarına musiqi dinləməklə tük gəlməsi kimi musiqi terapiyası da məlumdur. Hazırda musiqi terapiyası sahəsində geniş informasiya infrastrukturu yaradılmışdır. İngiltərədə, ABŞ-da, Almaniyada, İtaliyada, Yaponiyada xüsusi cəmiyyətlər mövcuddur, bu haqda çox sayda məxsusi jurnallar dərc olunur. Musiqi terapiyası stomotologiyada, cərrahiyyədə, ginekologiyada, urologiyada, kardiologiyada, habelə danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur.  Psixiatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər olan xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verir. Müxtəlif çalğı alətləri də insanın orqanlarına müxtəlif cür təsir göstərir: skripka, fortopiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violençelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir, qaboy, klarnet qaraciyərin musiqidən, günün saatından asılı olaraq aktivləşdirir və ya sakitləşdirir. Vokal terapiyanın ağciyərlərə və digər həyati vacib orqanlara təsiri öyrənilib. Müəyyən olunub ki, əslində xəstə özü düzgün oxuduğu zaman nəinki bundan zövq alır, həmçinin xəstə orqanı sağalır. Onu da qeyd etmək lazımdır ki, hər cür musiqi yox, yalnız düzgün seçilmiş melodiya xəstə adamlara şəfaverici təsir göstərir və sağalmanı sürətləndirir. Harmonik musiqi yaxşı “ psixoterapevt”dir. İnsan həzin musiqi təranələri altında yatanda yaxşı yuxular görür. Belə musiqi işgüzar danışıqlarda gərginliyi yox edir. Həmçinin o da vurğulanır ki, sevdiyi musiqini dinləməklə körpəsini əmizdirən ananın südü artır. 
Musiqi ruhun qidasıdır...  Bəzən mahnıları sözlərinə görə və ya musiqisinə görə, bəzən isə sırf ifaçının özünə görə, bəzən də hər üçünə görə sevərik...  Məşhur alman bəstəkarı Lüdviq Van Betxoven ,- ruhumuzu ehtizaza gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır,- deyə musiqinin insan həyatına təsiri haqda qeyd etmişdir. 
Qulaq asılan musiqi ilə insanın təfəkkürünü, hansı mühitdə büyüdüyünü, səviyyəsini, elmini təyin etmək olar. Uşağın eşitdiyi musiqi onun psixikasına təsir edir. Musiqi estetik və mənəvi zövqün ən ali mənbəyidir. Məhz buna görə də müasir uşaqların bədii-estetik  tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında musiqinin rolu vardır. Musiqi alətində ifa edən uşaqların digər uşaqlara nisbətən yaddaşı güclü olur, daha yaxşı oxuyur və zəngin söz ehtiyatına sahib olması xüsusi qeyd edilən amillərdəndir.   Müasir dövrdə istər musiqi növləri, istərsə də musiqi dinləyicilərinin sayı artıb. XXI əsr gəncləri daha çox pop, rok, caz, rep kimi musiqilərə üstünlük verir və ya onları dinləyirlər. Dinləyicisindən, növündən asılı olmayaraq  dinlədiyiniz musiqidə yeni ideyalar, fərqli fikirlər formalaşdırmaq diləyilə..
 
Qasımova Fatiməxanım          
    ADPU Quba filialının müəllimi 
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI