Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bəzi bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Bəzi bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
24-03-2024, 11:35 144 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bilirilib ki, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 mm, Şahdağda 31 sm, Qrızda 3 sm olub.
Düşən yağıntının miqdarı Zaqatalada 40 mm, Balakəndə 32 mm, Əlibəydə (Zaqatala) 31 mm, Şəmkirdə 19 mm, Qaxda 10 mm, Oğuzda 8 mm, Şəki, Gədəbəydə 7 mm, Goranboyda 6 mm, Astara, Lənkəran, Şahdağ, Sədərək, Daşkəsən, Qəbələdə 4 mm, Tərtərdə 3 mm, Bərdə, Naftalan, Quba, Ceyrançöl, Mingəçevirdə 2 mm, Şərur, Göygöl, Gəncə, Tovuz, Ağdam, Ağstafa, İsmayıllı, Altıağac, Qusar, Xaltan, Qrız, Yevlax, Yardımlı, Xınalıq, Göytəpədə 1 mm-dək olub.
Əlibəy ərazisində (Zaqatala) saat 20:07-20:15 radələrində diametri 0.5 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Bakı, Sumqayıt, Pirallahı, Neft Daşları, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Qobustan, Xaltan, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI