Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qardaş ölkə və strateji tərəfdaş Könül İsmayılova: “Tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu böyükdür”

Qardaş ölkə və strateji tərəfdaş Könül İsmayılova: “Tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu böyükdür”
15-03-2024, 09:34 219 dəfə baxılıb

“Azərbaycan-Qazaxıstan qardaşlığı, strateji tərəfdaşlığı, bu münasibətlərin dinamikası hər iki ölkənin qarşılıqlı səfərlərinin xronologiyasından da görünür”.

 
Bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatını şərh edərkən bildirib.
 
Füzulidə bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsinə diqqət çəkən K.İsmayılova Qazaxıstanın Azərbaycanın azad edilmiş ərazilərin bərpasına dəstəyini təqdir etdiyini vurğulayıb:
 
“Cənab İlham Əliyevin də dediyi kimi, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyi azad edilmiş ərazilərimizin bərpasına dəstəyidir. Bu dəstəyi qardaş Qazaxıstana minnətdarlığımızla dəyərləndiririk. Ölkə başçımızın da bəyan etdiyi kimi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Ümimiyyətlə, bu gün dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli sıx münasibətlər qurmaq, qarşılıqlı fəaliyyət göstərərək dövlətlərimizi gücləndirməkdir”.
 
Azərbaycanla Qazaxıstanın bir çox sahələrdə qurduğu qarşılıqlı əlaqələrin hər iki ölkənin mənafeyinə uyğun olduğunu vurğulayan K.İsmayılova bildirdi ki, məhz TransXəzər marşrutunun işə salınması ölkəmizin tranzit əlaqələrinə mühüm töhfə verir:
 
“Bu gün Şərqdən-Qərbə ticarət dövriyyəsinin əsas daşınması məhz ölkəmizin ərazisindən tranzit keçidlə təmin olunur. Bu təkcə iqtisadi məsələ deyil, həm də bir çox sahələrdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir.
Təbii ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu böyükdür. Bütün sahələrdə ölkəmizlə həmrəylik sərgiləyən və strateji tərəfdaşımız olan bu ölkə bizim üçün olduqca vacibdir”.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI