Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
22-02-2024, 21:51 206 dəfə baxılıb


VETENİM-AZERBAYCANDIR.AZ


VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.

 
Müğənni Almaniyanın Düsseldorf şəhərində vəfat edib.
 
Xatırladaq ki, Leyla Şəripova 1931 il iyunun 22-də Bakıda anadan olub. Onun atası İzmir, anası Azərbaycan türkü olub.

Tacikistana köçdükdən sonra bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

1978 ildə yenidən Bakıya köçən müğənni 1980 ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib.

Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalqı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə silsilə çıxışlar edib.

Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnılarına yer verib.
 
Müğənni həm də bəstəkar fəaliyyəti ilə məşğul olub. O,10-dan çox mahnı sözünün müəllifidir.
 
Məşhur "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnılarının da müəllifi odur.

Leyla Şəripova 1988 ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.
 
Allah rəhmət eləsin!
PAYLAŞ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI