13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Türkiyə-Azərbaycan qardaşlığı vahid güc mərkəzinə çevrilib – ŞƏRH
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni soykökü, dil, din birliyindən də üstün tellər bağlayır. Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan hadisədir. Bu münasibət böyük Atatürkün və Ümummilli Lider Heydər Əliyevin dillər əzbərinə çevrilən fikirlərində ən yüksək şəkildə ifadə olunub.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibəti hazırkı dövrdə özünün zirvə nöqtəsindədir. Bu gün Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tandemi beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir.
Bu fikirləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib.
Onun fikirlərinı görə, İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geopolitik durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin yeni perspektivlərini açıb.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf etdirilən bu ittifaq adıçəkilən liderlərin dəqiq və milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir. Bu baxımdan İlham Əliyevin prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri xüsusi diqqət kəsb edirdi.
Liderlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun imzalanması Türk dünyasının daha da inkişafı üçün mühüm hadisə olacağı şübhəsizdir və alqışa layiq mütərəqqi bir addımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi adıçəkilən universitetin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir.
Bununla yanaşı, birgə mətbuat konfransında səsləndirilən fikirlər xüsusi məqamlarla yadda qaldı. Türkiyə-Azərbaycan birliyinin təkcə region üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən dövlətimizin başçısı qardaş ölkənin bölgədə sülhün təminatçısı olduğunu bəyan etdi. Prezident növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq.
Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu. Bu, həm də İkinci Qarabağ savaşından sonra Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsindən yaranmış siyasi situasiyadır. Azərbaycan lideri bu vəziyyətdə ölkəmizin Türk dünyasının birliyi üçün aparılan prosesdə dominantlığını təmin edir.
Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin dünya insanlığı və sülh üçün nə qədər önəm kəsb etdiyini növbəti dəfə sübut etdi.
Sonda Rəşad Mahmudov qeyd edib ki, dövlətimizin başçısının tarixi qardaşlıq ənənəsinə uyğun olaraq prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı. Səfər zamanı iki qardaş ölkə başçısının səsləndirdikləri mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlərin dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. Bu birlik, qardaşlıq Ulu Öndərin “bir millət, iki dövlət” şüarının gerçək siyasi təsdiqi və türk soyuna düşmən kəsilən şər qüvvələrin qarşısında sipərdir!