Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə mediası İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi fikirlərə geniş yer ayırıb - FOTO

Türkiyə mediası İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi fikirlərə geniş yer ayırıb - FOTO
15-02-2024, 18:33 103 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimi, tədbirdə söylədiyi nitqində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, mərasim Türkiyənin nüfuzlu media qurumları, qəzetləri və televiziyaları tərəfindən yayımlanıb.

“Anadolu” Agentliyinin yaydığı xəbərdə bildirilir ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkisində 92,12 faiz səs toplayan Prezident İlham Əliyev and içərək səlahiyyətlərinin icrasına rəsmən başlayıb.
Yazıda dövlətimizin başçısının nitqindən bu sitat gətirilib: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.
Agentliyin yaydığı “Azərbaycan Prezidenti Əliyev: Ermənistan və ona dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz” sərlövhəli analitik məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev nitqində Ermənistanla danışıqlar prosesi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbiri, Üçüncü Dünya müharibəsinin çox yaxın olması, yeni dövrdə Azərbaycanın Ordusunun və ölkənin müdafiə sənayesinin daha da gücləndirilməsi istiqamətində addımların atılacağı kimi bir çox mövzu barədə danışıb.
“Ensonhaber” saytı məqaləsini “Azərbaycan Prezidenti Əliyev: Üçüncü Dünya müharibəsi çox yaxındır” sərlövhəsi ilə dərc edib.
Məqalədə dövlətimizin başçısının nitqində səsləndirdiyi bu fikirlər xüsusi olaraq oxucuların diqqətinə çatdırılıb: “Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır”, “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, “Biz, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”, “Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” və sair.
NTV-nin yaydığı informasiya Azərbaycan Prezidenti İlham Əliyevin and içərək səlahiyyətlərinin icrasına başladığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün müştərək səylərin vacibliyini xüsusi qeyd edib.
“İhlas Haber Ajansı” (İHA) yaydığı xəbərdə dövlətimizin başçısının nitqində söylədiyi “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” kimi fikir və mesajlara geniş yer verilib.
“CNN TÜRK”ün yazısında isə dövlətimizin başçısı İlham Əliyevin 92,12 faiz səs toplayaraq növbəti dəfə Prezident seçildiyi, fevralın 14-də and içərək səlahiyyətlərinin icrasına başladığı vurğulanıb.
“Sondakika.com” saytı, “Sabah”, “Duvar”, “Hürriyet” qəzetləri, “Star-Milli İradənin Səsi”, “İyirmidörd” kimi media qurumları və digər portallar da Azərbaycan Prezidentinin andiçmə mərasiminə geniş yer ayırıb, dövlətimizin başçısının Azərbaycan Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, eləcə də xalqa ləyaqətlə xidmət edəcəyinə and içdiyini diqqətə çatdırıblar.


















ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI