22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
BAAU-da ərəb dili mütəxəssisləri üçün beynəlxalq təlim keçirilib
BAAU-da ərəb dili mütəxəssisləri üçün beynəlxalq təlim keçirilib
Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının Azərbaycanda fəaliyyət göstərən ərəb dili mütəxəssisləri üçün dörd günlük təlim keçirib. Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin ali təhsil müəssisələrinin müəllimləri və elmi tədqiqat institutlarının əməkdaşlarından ibarət 35 nəfər iştirak edib.
Təlimləri Səudiyyə Ərəbistanının ərəb dili üzrə tanınmış mütəxəssisləri keçiblər. Səudiyyə Ərəbistanının Təhsil Nazirliyində təlim rəhbəri dr.,Sultan bin Suqyan və bu ölkənin İslam Universitetinin tədris heyətinin üzvü prof., dr.,Əhməd əl-Subaihi dörd gün boyunca Azərbaycanlı mütəxəssislərə ərəb dilinin incəlikləri və yeniliklər barədə mühazirələr oxuyub və seminarlar keçiblər.
Təlimin ilk günü audio dərslərin tədrisi formalarına, ikinci günü tədris kompozisiyasında tətbiqlərə, üçüncü günü dinləmə bacarıqlarına, sonuncu günü isə dilçilik məsələlərinə həsr olunub. Hər iki təlimçi ərəb dilinin mənimsənilməsində əsas anlayışları və dilin tədrisində metodik prinsipləri ətraflı şəkildə izah edərək, iştirakçılarla müzakirə və fikir mübadiləsi aparıblar.
Onu da qeyd edək ki, Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının rəsmi nümayəndəsi və nümayəndə heyətinin rəhbəri Nada Əl-Mutairi də təlimin açılışında iştirak edib və fikirlərini bölüşüb.
Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilib.