09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Bakir İzetbeqoviç Ağdamda gördüyü dağıntıdan danışdı
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Bakir İzetbeqoviçlə görüşü baş tutub.
XİN-dən Vetenim-azerbaycandır.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Azərbaycanla Bosniya və Herseqovina arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib.
Bakir İzetbeqoviç Azərbaycana ikinci səfərinin baş tutduğunu və ölkədə baş verən inkişafın şahidi olduğunu bildirib. Bosniya və Herseqovinanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyi qeyd olunub.
Səfər çərçivəsində Azərbaycanın Ağdam şəhərinə olduğunu söyləyən spiker, bu ərazilərdəki dağıntıların miqyasından təəssüflə bəhs edib. Qonşu dövlətlərlə birgə yaşayışın yolunun tapılmasının vacib olduğunu söyləyən Bakir İzetbeqoviç, bunu öz ölkəsinin nümunəsində səsləndirib.
Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, o cümlədən Azərbaycanın mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin tərəfdarı olduğu, azad edilmiş ərazilərdə mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Hər iki ölkədə qarşılıqlı şəkildə səfirliklərin açılmasının tezliklə həllinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.