Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müdafiə Nazirliyi Naxçıvan MR-in 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirir - FOTO/VİDEO

Müdafiə Nazirliyi Naxçıvan MR-in 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirir - FOTO/VİDEO
11-02-2024, 12:08 155 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb və ölkə başçısı İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxışında Naxçıvanın muxtariyyət statusunun tarixi önəmindən danışıb. Ulu öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə çatdıran akademik bildirib ki, bu status Naxçıvana Moskva və Qars müqavilələri, həmçinin 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.
Akademik İsmayıl Hacıyev Moskva və Qars müqavilələrinə əsasən bölgənin fiziki xəritələri əsasında Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı canfəşanlığı barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd ediblər.
Tədbirdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiya ilə çıxış edib, Naxçıvana və ordumuzun qüdrətinə həsr olunmuş şeirləri bədii qiraət edib, mahnılar səsləndiriblər.
Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş kursantlar arasında sınaq test imtahanı keçirilib. Kursantlar ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixi və coğrafi mövqeyi barədə sualları cavablandırıblar.
Əlahiddə Ümumqoşun Orduda Naxçıvanın 100 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası da təşkil olunub. Daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular təbiətimizə töhfə vermək üçün aksiyada fəal iştirak ediblər.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI