Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çexiya XİN vətəndaşının Azərbaycanda saxlanıldığını təsdiqlədi - YENİLƏNİB

Çexiya XİN vətəndaşının Azərbaycanda saxlanıldığını təsdiqlədi - YENİLƏNİB
5-02-2024, 16:33 99 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Çex Xarici İşlər Nazirliyi vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılması faktını təsdiqləyib.
Bununla bağlı Çexiya XİN rəsmisi Mariana Vernerova açıqlama verib.
Vernerovanın sözlərinə görə, buna səbəb kimi onun sərhədi qanunsuz keçmək istəməsi göstərilib.
O bildirib ki, həmin şəxs ailəsi ilə danışıb.
13:51
Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

Xatırladaq ki, fevralın 3-də Çex Respublikasının vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.
Elə həmin gün müvafiq məlumat Çex Respublikasının Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI