Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukraynanın energetika naziri: Azərbaycanın yardımları cəbhəyanı rayonların bərpasında istifadə olunur

Ukraynanın energetika naziri: Azərbaycanın yardımları cəbhəyanı rayonların bərpasında istifadə olunur
31-01-2024, 09:45 105 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Yanvar ayında Ukrayna azərbaycanlı tərəfdaşlardan daha bir yardım tranşı, o cümlədən bərpa işlərinin aparılması üçün 25 yük enerji avadanlığı alıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycandan yardımın dördüncü tranşına transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, bərpa və təmir işlərinin aparılması üçün digər avadanlıqlar daxil olub. Ötən ilin noyabr və cari ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sənayesinin 24 müəssisəsi, o cümlədən elektrik enerjisi paylama sistemlərinin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülür.
“Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq hücuma məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün Ukraynanın enerji şirkətləri tərəfindən istifadə olunur. Görülən işlər enerji sisteminin stabilliyinə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, - deyə Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI