Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin məhkəməsi bu gün başlayır

Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin məhkəməsi bu gün başlayır
27-01-2024, 10:26 119 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib.
Diqqətə çatdırılıb ki, terror hücumu nəticəsində səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməkdaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanmışdır. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilmişdir.
“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.
Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik”, - deyə bəyanatda bildirilib.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI