Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident seçkisində Xankəndi, Şuşa, Suqovuşan və Ağalıda “exit poll” keçiriləcək

Prezident seçkisində Xankəndi, Şuşa, Suqovuşan və Ağalıda “exit poll” keçiriləcək
26-01-2024, 17:07 331 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


 Növbədənkənar prezident seçkisi ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “OREACL ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində “exit poll” keçirəcək.

VETENİM-AZERBAYCANDIR.AZ -ın xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.

“Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi, 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsidir”, - o deyib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI