Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident Rəqabət Məcəlləsini təsdiqləyib

Prezident Rəqabət Məcəlləsini təsdiqləyib
23-01-2024, 18:33 155 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, dövlət başçısı, həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.
Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Bundan sonra aşağıdakı üç qanun ləğv ediləcək:
“Antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart tarixli 526 nömrəli qanun, “Haqsız rəqabət haqqında” 1995-ci il 2 iyun tarixli 1049 nömrəli qanun, “Təbii inhisarlar haqqında” 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli qanun.
Məcəllə ilə tanış olmaq üçün 

PDF yükləyin.
Xatırladaq ki, Milli Məclisin ötən il dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI