Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA
23-01-2024, 12:49 143 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 12:00-a olan məlumatına əsasən, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.
Xidmətdən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında da səhər saatlarından yağan sulu qar davam edir.
Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında saniyədə 18 metr təşkil edib. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 0-3° isti, Aran rayonlarında 2°-dək isti, dağlıq rayonlarda 4°, yüksək dağlıq ərazilərdə isə 12°-dək şaxta qeydə alınıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI