Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nazirlərin yaşı - Hökumət istefa verəcək - Sürpriz dəyişikliklər OLA BİLƏR

Nazirlərin yaşı - Hökumət istefa verəcək - Sürpriz dəyişikliklər OLA BİLƏR
22-01-2024, 23:31 155 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin yenidən formalaşacağı istisna deyil. Çünki Konstitusiyaya görə, hökumət istefaya göndərilməli, Nazirlər Kabineti yenidən formalaşdırılmalıdır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Azərbaycan Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.
Daha sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verir.
Milli Məclis razılıq verdikdən sonra Prezident yeni Baş naziri təyin edir. Ardınca dövlət başçısı Nazirlər Kabinetini yeni tərkibdə formalaşdırır.
Media və sosial şəbəkələrdəki müzakirələrdə Nazirlər Kabinetindən kimlərin yola salına biləcəyinə dair proqnozlar verilir. Bəzi iddalarda yaşı 65-i ötən Kabinet üzvlərinin təqaüdə yola salınacağı qeyd edilir.
Hökumətin tərkibində sürpriz dəyişikliklərin ola biləcəyi barədə proqnoz verən mənbələrdən birinin məlumatına görə, bəzi nazirlərin yerdəyişməsi mümkündür.
Bəs hazırda mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən vəzifəli şəxslər arasında ən yaşlı və ən gənc məmurlar kimlərdi?

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Modern.az saytı Nazirlər Kabineti üzvlərinin hansı yaşda oluğunu diqqətinizə çatdırır.
Baş nazir Əli Əsədov 1956-cı ildə anadan olub, onun 68 yaşı var. 
Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci il təbvəllüdlüdür, 79 yaşı var.
Baş nazirin müavini Əli Əhmədov 1953-cü ildə doğulub. O, 27 yanvar tarixində 71 yaşını tamamlayacaq.
Baş nazirin müavini Şahin Mustafayev 1965-ci ildə dünayana gəlib, hazırda 59 yaşı var.
Səhiyyə naziri Teymur Musayev 1970-ci il təvəllüdlüdür, o, 54 yaşındadır.
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı - 1954-cü il. O, təqaüdə çıxma yaşını çoxdan geridə qoyub – 70 yaş.
 1955-ci il doğumlu ədliyyə naziri Fikrət Məmmədovun 69 yaşı var.
 Müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı ildə doğulub. Nazir 38 yaşındadır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci il təvəllüdlüdür, general-polkovnikin 66 yaşı var.
 Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə anadan olub. Nazir 65 yaşına çatıb.
 Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci il təvəllüdlüdür - 63 yaş.
1961-ci il doğumlu maliyyə naziri Samir Şərifov da 63 yaşındadır.
 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 1962-ci ildə doğulub – 62 yaş.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da 1962-ci il təvəllüdlüdür – 62 yaş.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov 1970-ci ildə doğulub, 54 yaş.
 Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov – 1965-ci il, 59 yaş.
 Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev – 1967-ci il, 57 yaş.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev – 1967-ci il, 57 yaş.
 Daxili işlər naziri Vilayət Eyvazov – 1968-ci il, 56 yaş.
 Energetika naziri Pərviz Şahbazov – 1969-cu il, 55 yaş.
 Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – 1970-ci il, 54 yaş. 
Xarici işlər naziri Ceyhun Bayramov 1973-cü ildə doğulub, 51 yaş.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov 1965-ci il doğumludur, 59 yaş.
 Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev – 1975-ci il, 49 yaş.
 İqtisadiyyat naziri Mikayıl Cabbarov – 1976-cı il, 48 yaş.
 Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü ildə anadan olub – 41 yaş.
Rəqamsal inkişaf və nəqaliyyat naziri Rəşad Nəbiyev – 1977-ci il, 47 yaş.
Mədəniyyət naziri Adil Kərimli – 1979-cu il, 45 yaş.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev – 1977-ci il, 47 yaş.


Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov – 1977-ci il, 47 yaş.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – 1979-cu il, 45 yaş.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 1980-ci il, 44 yaş.


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov – 1980-ci il, 44 yaş.
 
Elm və təhsil naziri Emin Əmrullayev – 1982-ci il, 42 yaş.


Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov – 1946-cı il, 78 yaş.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI