Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın GUAM-da sədrliyinin prioritetləri açıqlanıb

Azərbaycanın GUAM-da sədrliyinin prioritetləri açıqlanıb
16-01-2024, 14:43 155 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycanın 2024-cü il üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatda (GUAM) sədrliyinin əsas istiqamətləri müəyyən edilib.
Bu barədə qurumun mətbuat xidməti xəbər verib.
Qeyd olunub ki, Azərbaycan sədrlik müddətində təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verməyə, xüsusilə də minatəmizləmə və münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində təcrübə və bilik mübadiləsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacaq. Eyni zamanda rəqəmsallaşma sahəsində fəaliyyətin stimullaşdırılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, enerji təhlükəsizliyi sahəsi və s. kimi əməkdaşlıq sahələrinə diqqət yetirəcək.
Bundan əlavə, Azərbaycanın sədrliyi beynəlxalq platformalar - BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv dövlətlərin birgə səylərini əlaqələndirməyə davam edəcək. Sədrlik, həmçinin təşkilatın səmərəliliyinin artırılmasına diqqət yetirəcək.
Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Milli Koordinatorlar Şurası və Xarici İşlər Nazirləri Şurasının iclaslarını da təşkil edəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI