Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Moldovada yaşayan Azərbaycan vətəndaşları Kişineuda səs verəcəklər

Moldovada yaşayan Azərbaycan vətəndaşları Kişineuda səs verəcəklər
15-01-2024, 18:15 111 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı ölkəmizin Moldovadakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Səfirlikdən bildiriblər ki, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq seçici siyahıları tutularaq Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Səsvermə zamanı istifadə olunacaq müvafiq ləvazimatlar alınıb. Bu dəfə səs verənlər arasında seçkilərdə ilk dəfə iştirak edəcək Azərbaycan gəncləri də olacaq.
Moldovada təhsil alan Yəhya Muxtarov  açıqlamasında deyib: “İlk dəfə səsvermə hüququmdan istifadə edəcəyimdən məmnunam. Qalib ölkənin vətəndaşı kimi seçkilərdə iştirak etmək olduqca qürurvericidir. Moldovada gənc seçicilər də az deyil. Seçkilər günü hamımız böyük həvəslə səsvermədə iştirak edəcəyik. İnanıram ki, gənc seçicilər də güclü və bütöv Azərbaycan naminə səsvermə hüquqlarından düzgün istifadə edəcəklər.
Azərbaycanlı tələbə Rəvan İsmayılov  açıqlamasında səsvermədə ilk dəfə iştirak edəcəyini açıqlayıb. “Çox sevinirəm ki, ilk dəfə səsvermədə iştirak edəcəyəm. Bütöv Azərbaycanın vətəndaşı olaraq seçkilərdə iştirak etmək çox sevindiricidir. Moldovada yaşayan Azərbaycan vətəndaşları öz seçimlərini edərək güclü Azərbaycana səs verəcəklər”, - deyə o vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI