17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
ADA Universitetində “Beynəlxalq Ərəb Dili Günü” keçirilib
ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Avrasiya universitetinin nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" keçirilib.
Tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
İlk çıxışı Ərəbşünasıq Mərkəzinin direktoru Ülviyyə Hüseynova edərək Azərbaycanda ərəb dilinə marağın artdığı və bu sahədə atılan addımlardan geniş şəkildə bəhs edib. Qeyd edib ki, Avrasiya universitetində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzində 130-a yaxın tələbə ərəb dilini öyrənir. Bununla yanaşı ADA universitetində tələbələr və diplomatlara ərəb dilinin tədrisinə başlanılıb.
Sonra Azərbaycanın və Səudiyyə Ərəbistanının Dövlət himnləri səsləndirilib.
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin deputatları Fatma Yıldırım və Ceyhun Məmmədov çıxış ediblər.
Daha sonra Ərəbşünaslıq Mərkəzinin hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub. Bədii hissədə Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və İlahiyyat İnstitutunun tələbələri fəal şəkildə iştirak edərək ərəb dili haqqında məlumat, mahnı və şeirlər səsləndiriblər.
Tədbir Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteylinin çıxışı ilə davam edib. O, ərəb dilinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu dil İslamın dilidir və dünyada geniş yayılıb, bir milyarda yaxın insan bu dildə danışır.
Səfir deyib ki, ərəb dili BMT-nin beynəlxalq səviyyədə istifadə etdiyi altı dildən biridir. Diplomatın sözlərinə görə, onun ölkəsi bu dilin qorunması, inkişafı, qlobal və regional səviyyədə istifadəsinin təşviqi istiqamətində mühüm işlər görür.
Keçmişdə azərbaycanlı tarixçilərin, şairlərin ərəb dilində əsərlər yazaraq bu dilin zənginləşməsinə öz töhfələrini verdiyini diqqətə çatdıran səfir əlavə edib: "Dil mədəniyyətlər arasında körpüdür. Bizim ölkələrimiz arasında mədəniyyət sahəsində dərin bağlar var və bu bağların, əməkdaşlığımızın daha da güclənəcəyini gözləyirik".
Sonda xatirə şəkli çəkdirilib.
VETENİM-AZERBAYCANDİR.AZ