Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Gəncə" voleybol klubunun prezidenti: Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır

"Gəncə" voleybol klubunun prezidenti: Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır
6-01-2024, 16:26 446 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ötən il komandamız Azərbaycan Yüksək Liqasında debüt etdi. Debütümüzü uğurlu adlandrmaq olar. Ölkə çempionatında ilk dəfə bölgə təmsilçisi mübarizə aparır. Komandamız ötən ili 9 xalla turnir cədvəlində dördüncü pillədə başa vurdu. Bu, komandanın medallar uğrunda mübarizə aparmasına bir işarədir.
Bu sözləri  açıqlamasında qadın voleybolçulardan ibarət “Gəncə” klubunun prezidenti Elvar Osmanov deyib.
Kubun yaradılması təşəbbüsünün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi tərəfindən gəldiyini bildirən E.Osmanov heyətin güclü oyunçulardan təşkil olunduğunu vurğulayıb: "Bayram fasiləsində də heyətin formalaşdırılması istiqamətində işlər davam etdirilir. Komanda artıq bir neçə voleybolçu ilə yollarını ayırıb. Hazırda yeni voleybolçuların heyətə cəlb olunması prioritet təşkil edir. Cari ildə heyətdə yeni voleybolçular çıxış edəcəklər. Bizə göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Çempionat oyunları gərgin idman mübarizəsi şəraitində keçir. Güclü rəqabət var. Komandalar yeni mövsümə ciddi hazırlaşıblar”.
Ölkədə bu idman növünün yetərincə sevildiyini qeyd edən klub prezidentinin sözlərinə görə, hazırda Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi uğurlu layihələri ilə fərqlənir: “Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi və kütləviləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Təkcə paytaxtda deyil, bölgələrdə də yeni istedadların üzə çıxarılması üçün vacib işlər görülür. “Gəncə” klubu da bu təşəbbüsə qoşularaq, aşağı yaş qruplarından ibarət komandaların formalaşdırılması üçün yeniyetmə oğlan və qızları məşqlərə dəvət edir. Gəncə orta məktəblərində ulduz voleybolçuların və məşqçilərin iştirakı ilə görüşlər təşkil olunur, oyunçular şagirdləri sağlam həyat tərzinə, voleybolla məşğul olmağa səsləyirlər".
“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Komandamızın da məqsədi ölkə çempionatında uğurla çıxış edib, mükafatçılar sırasında yer alaraq, avrokuboklara vəsiqə qazanmaqdır. Yaxın günlərdə heyətə yeni voleybolçular cəlb olunacaq. Gəncədə yetərincə voleybol azarkeşi var. Doğma meydanda təşkil olunan oyunlara maraq böyükdür. Artıq komandamızın azarkeşlərdən ibarət fan-klubu da var. Bütün oyunlarda komandanın yanında olur, öz dəstəklərini əsirgəmirlər”, - deyə E.Osmanov əlavə edib.
“Gəncə” klubunun rəsmisi qeyd edib ki, komanda 2024-cü ildə ilk oyununu doğma meydanda UNEC-ə qarşı keçirəcək: "Çox istərdik ki, komandamız Yeni ilə qələbə ilə başlasın. Bu, komanda üçün əlavə stimul, həmçinin növbəti qələbələr üçün motivasiya olacaq. İnanıram ki, “Gəncə” klubu ilə birlikdə yeni uğurlara imza atacağıq".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI